Atletika üzrə Azərbaycan çempionatı başlayıb
Mayın 25-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda atletika üzrə ölkə çempionatı başlayıb.

Çempionatda 15 klubdan 100-dən artıq atlet birincilik uğrunda mübarizə aparır.

Atletikanın 25 növü üzrə keçirilən çempionatın ilk günündə qaçış, tullanma və atma yarışları təşkil olunub.

Çempionatda Azərbaycan idmançıları ilə yanaşı, gürcüstanlı atletlər də iştirak edirlər.

Yarışın baş hakimi Ceyhun Hüseynov, baş katibi isə Natalya Kafarovadır.

Çempionata mayın 26-da yekun vurulacaq.

Xəbər 1295 dəfə oxundu.