“Avro-2020”: Bakıda keçiriləcək oyunların vaxtı açıqlanıb
UEFA 2020-ci ildə keçiriləcək Avropa çempionatının oyunlarının vaxtlarını açıqlayıb. Bakı Olimpiya Stadionunda “Avro-2020”nin 4 oyunu təşkil olunacaq. Bunlardan 3-ü qrup mərhələsinin, 1-i isə dörddəbir final mərhələsinin oyunlarıdır.

UEFA-nın elan etdiyi təqvimə əsasən, Bakıda keçiriləcək “A” qrupunun 3 oyunu, müvafiq olaraq, iyunun 13-də, 17-də və 21-də olacaq. Dörddəbir final mərhələsinin Bakı Olimpiya Stadionundakı qarşılaşması isə iyulun 4-də keçiriləcək.

Xəbər 573 dəfə oxundu.