Masallıda taekvando üzrə açıq rayon birinciliyinə yekun vurulub
Masallı Regional Taekvando Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyinə həsr olunmuş taekvando üzrə yeniyetmələr arasında açıq rayon birinciliyi başa çatıb.

İki gün davam edən yarışda 170 nəfərə yaxın yeniyetmə 11 çəki dərəcəsində qalib adı uğrunda mübarizə aparıb.

Açıq birincilikdə Masallı, Lənkəran, Cəlilabad, Biləsuvar, Bakı və Sumqayıt idmançıları iştirak edib. Masallı rayonunun komandası birinci, Lənkəran komandası ikinci, Bakı şəhərinin komandası isə üçüncü yerə layiq görülüb.

Sonda qaliblər mükafatlandırılıblar.

Xəbər 548 dəfə oxundu.