Tələbələr arasında stolüstü tennis yarışlarının qalibləri müəyyənləşib
“Gənclik” Tələbə İdman Cəmiyyəti Respublika Şurasının təşkilatçılığı ilə ali təhsil müəssisələri tələbələri arasında respublika çempionatı davam edir.

Çempionatın təqviminə idmanın 6 növü - şahmat, stolüstü tennis, cüdo, yunan-Roma güləşi, sərbəst güləş, badminton daxil edilib.

Çempionatın stolüstü tennis idman növü üzrə yarışları “Şüa” İdman Kompleksində keçirilib.

Kişi və qadınlar arasında yarışda fəxri kürsünün ən yüksək pilləsinə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İdman Akademiyasının komandası qalxıb.

Azərbaycan Tibb Universitetinin tələbələri ikinci, Bakı Dövlət Universitetinin komandası isə yarışı üçüncü pillədə başa vurublar.

Xəbər 1244 dəfə oxundu.