Bədən Tərbiyəsi və İdman Akademiyasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95 illiyi qeyd edilib
Mayın 7-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi münasibətilə xatirə tədbiri keçirilib.

Tədbirdə Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Xəzər İsayev, MOK baş katibinin müavini Azər Əliyev, Olimpiya və dünya çempionları, professor-müəllim və tələbə heyəti iştirak ediblər.

Xatirə tədbirində Tofiq Quliyev adına 12 nömrəli musiqi məktəbinin uşaq xoru tərəfindən Ümummilli Liderin sevdiyi mahnılar ifa olunub. Daha sonra ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş etdirilib.

Yubiley tədbirində çıxış edənlər bildiriblər ki, ümummilli lider Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkədə həm idmana, həm təhsilə münasibət kökündən dəyişib. Ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulan və Azərbaycan Prezidenti İlham Əliyevin uğurla davam etdirdiyi islahat yönümlü dövlət təhsil siyasətinin əsas məqsədi ölkənin malik olduğu təbii sərvətlərin insan kapitalına çevrilməsi olub.

Xəbər 539 dəfə oxundu.