Azərbaycan atleti Dohada bürünc medal qazanıb
Azərbaycan atleti Aleksis Kopelo Qətərin paytaxtı Dohada yüngül atletika üzrə Brilliant Liqasının birinci mərhələsində bürünc medal qazanıb.

Üçtəkanla tullanma yarışlarında təmsilçimiz 17,21 metr nəticə göstərərək üçüncü olub.

Yarışın qalibi adını Kuba idmançısı Pedro Pikardo qazanıb. ABŞ idmançısı Kristian Teylor isə yarışı ikinci pillədə başa vurub.

Xəbər 1396 dəfə oxundu.