AFFA Cennifer Lopesi Azərbaycana gətirir
AFFA dünya şöhrətli müğənni Cennifer Lopesi Bakıya gətirir. İdman.com.az saytının məlumatına görə, 43 yaşlı amerikalı ulduz bu ilin payızında ölkəmizdə keçiriləcək 17 yaşadək qızlar arasında dünya çempionatına dəvət olunub. Lopes yarışın açılış mərasimində qonaq kimi iştirak edəcək. Qeyd edək ki, ölkəmizdə oyunlar sentyabrın 22-dək oktyabrın 13-dək keçiriləcək.

Xəbər 1059 dəfə oxundu.