Anelka oynayan məşqçi oldu
Çinin «Şanxay Şenxua» klubunda forma geyinən fransalı futbol ulduzu Nikolya Anelka komandada yeni fəaliyyətə başlayır. İdman.com.az saytının məlumatına görə, 33 yaşlı futbolçu komandasının məşqçilər qərargahına daxil edilib.

Komandanın fransalı baş məşqçisi Jan Tiqana baş məşqçi kürsüsünü özündə saxlayıb. Lakin onun 3 köməkçisi işini itirib. Buna «Şanxay Şenxua»nın qeyri-qənaətbəxş nəticələri səbəb olub. Komanda turnir cədvəlində 11-ci pilləyə enib.

Məşqçiliyə başlayan Anelka oyunçu karyerasını başa vurmaq fikrində deyil. O, komandada oynayan məşqçi kimi fəaliyyət göstərəcək.

Xəbər 1003 dəfə oxundu.