Abramoviç 247 milyonluq siyahını açıqlayıb
İngiltərə mətbuatının yazdığına görə, «Çelsi»nin sahibi Roman Abramoviç klubuna yeni oyunçular alınması üçün 247 milyon ayıraraq, konkret kimlərin alınmalı olduğunu müəyyənləşdirib.

İdman.com.az saytının məlumatına görə, onun siyahısında «Tottenhem»dən Luka Modriç (40 milyon funt), «Portu»dan Halk (35 milyon) və Alvaro Pereyra (17 milyon), «Real»dan Qonsalo İquain (30 milyon), Dortmund «Borussiya»sından Mario Götse (40 milyon), «Lill»dən Sezar Aspilikueta və Eden Hazar (hər ikisi - 25 milyon) və «Napoli»dən Edinson Kavani (35 milyon) var.

Konkret elan edilən bu adlardan savayı londonluların diqqətində «Atletiko»nun mərkəz hücumçusu Radomel Falkao, «Napoli»nin yarımmüdafiəçisi Lavessi, «Ayaks»ın mərkəz müdafiəçisi Yan Vertongen də var.

Eyni zamanda komandadan Didye Droqba, Salomon Kalu və Floran Maluda gedə bilərlər. Bu futbolçuların klubla müqaviləsi buy ay bitir. Onlardan əlavə Daniel Starric də karyerasını «Çelsi»də davam etdirib-etdirməyəcəyi barədə düşünür.

Xəbər 1134 dəfə oxundu.