“Qarabağ” Əfran İsmayılovla yollarını ayırıb
Ağdamın "Qarabağ" klubu yarımmüdafiəçi Əfran İsmayılov ilə yollarını ayırıb.

Müqaviləsi bu mövsümün sonunda başa çatan 29 yaşlı yarımmüdafiəçinin sözləşməsinin uzadılmamasına qərar verilib. Millimizin üzvü Ağdam klubunun sonuncu məşqinə qatılmayıb.

Xatırladaq ki, 2006-2013-cü illərdə də "Qarabağ"ın şərəfini qoruyan Ə.İsmayılov 2015-ci ildən Ağdam klubunda çıxış edirdi.

"Qarabağ" bundan əvvəl braziliyalı yarımmüdafiəçi Pedro Enrike ilə də yollarını ayırıb. 30 yaşlı yarımmüdafiəçi klubla başa çatan müqaviləsinin uzadılmadığını açıqlayıb. O, hələlik yeni klubunun müəyyənləşmədiyini bildirib: “Həm ölkə daxilindən, həm də xaricdən təkliflər var. Hazırda şəxsi məsələlərə məşğulam. Yaxın vaxtlarda qərarımı verəcəyəm".

Xəbər 1037 dəfə oxundu.