Abidala qara ciyər nəql etdilər
«Barselona»nın və Fransa yığmasının oyunçusu Erik Abidal qara ciyərin nəqli üzrə əməliyyat keçirib. İdman.com.az saytının məlumatına görə, Barselonadakı «Barna» klinikasında keçirilən əməliyyat 9 saat davam edib. Həmin klinika Kataloniya klubuna aiddiк.

«Barselona»nın baş məşqçisi Xosep Quardiola klubun oyunçusu ilə bağlı narahatlığını belə ifadə edib: «Xetafe» ilə oyundan sonra bizə bildirdilər ki, əməliyyat başa çatıb. Yaxın 48 saat ərzində Erikin bərpası prosesinin necə keçdiyini izləyəcəyik. Həkimlərin işini də təqdir etmək istəyirəm».
Abidalın qara ciyərində 2011-ci ilin yazında bədxassəli şiş aşkar etmişdilər. O gündən xəstəlik inkişaf edirdi və qara ciyər nəqli qaçılmaz idi.

Futbolçu «Barselona»ya 2007-ci ildə gəlib. Bu müddət ərzində o, 3 dəfə İspaniya çempionu, 2 dəfə Çempionlar Liqasının qalibi olub. Fransa yığmasında Abidal 61 oyun keçirib. Cari La Liqa mövsümündə o, 22 dəfə meydana çıxıb. Sonuncu oyunu isə fevralın 29-da Fransa yığmasının formasında almanlara qarşı olub. Həmin oyunda çanaq zədəsi alan Abidal o zamandan daha meydana çıxmamışdı.

Xəbər 1093 dəfə oxundu.