«Qalatasaray»a Kambyasso lazımdır
Milan «İnter»inin yarımmüdafiəçisi Esteban Kambyasso «Qalatasaray»ın maraq dairəsinə düşüb. İdman.com.az saytının məlumatına görə, İstanbul klubu yay transfer dövründə milanlılara 31 yaşlı futbolçunun hüquqlarının alınması ilə bağlı təklif aparmaq niyyətindədi.

Əgər futbolçu özü bu transferə razı olsa, klublar mövsüm başa çatan kimi dərhal danışıqlara başlayacaqlar.
Kambyasso «İnter»ə 2004-cü ildə «Real»dan keçib. «İnter»in heyətində ötən 8 ildə 277 oyun keçirib, 38 qol vurub.

Xəbər 989 dəfə oxundu.