Azərbaycan millisinin rəqibi ilkin heyətini açıqlayıb
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi ilə Qızıl Avropa Liqasının “A” qrupunda mübarizə aparacaq Portuqaliya yığmasının ilkin heyəti açıqlanıb.

Portuqaliya millisinin baş məşqçisi Manuel Almeyda ilkin heyətdə Beatriş Baştu, Ana Foneşka, Daniela Lureyru, Joana Resende, Ana Koutu, Eliana Durau, Mariana Lopeş, Vanessa Rodriqeş, Eduarda Duarte, Nuria Lopeş da Silva, Karina Moura, Neuşa Netu, Alin Rodriqeş, Juliana Antuneş, Barbara Qomeş, Fabiola Qomeş, Ana Quveya, Marta Hurst, Yuliya Kovalenko, Patrisiya Leal, Maria Lopeş, Maria Mayyu və Ana Valeyə yer verib.

Turnirin “A” qrupunda Azərbaycan və Portuqaliya yığmalarından başqa, Ukrayna və Bolqarıstan milliləri də mübarizə aparacaq.

Qeyd edək ki, qrup qalibləri, həmçinin ən yaxşı ikinci yerin sahibi iyunun 14-15-də “Dördlər finalı”nda mübarizəni davam etdirəcək. “B” qrupunda Xorvatiya, Finlandiya, Macarıstan, Fransa, “C” qrupunda isə Slovakiya, Belarus, İspaniya və Çexiya milliləri yarışacaqlar.


Xəbər 1085 dəfə oxundu.