Azərbaycan-Ukrayna voleybol oyununu yunanıstanlı hakim idarə edəcək
Qadın voleybolçulardan ibarət milli komandalar arasında Qızıl Avropa Liqasının ilk turunun hakimləri müəyyənləşib.

Mayın 19-da Bakıda Ukrayna millisi ilə qarşılaşacaq Azərbaycan yığmasının oyununu yunanıstanlı Epaminondas Gerothodoros idarə edəcək. İkinci hakim funksiyasını həmyerlimiz Eldar Əliyev yerinə yetirəcək.

Qeyd edək ki, Azərbaycan Voleybol Mərkəzində keçiriləcək görüş saat 18:00-da başlayacaq.

Xəbər 1175 dəfə oxundu.