Astarada futbol üzrə rayon birinciliyinə yekun vurulub
Astara rayonunun Kijəbə qəsəbəsindəki futbol meydançasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş açıq birincilik yarışları başa çatıb.

Qaliblərin mükafatlandırılması mərasimində çıxış edən Astara Rayon Gənclər və İdman İdarəsinin rəisi Ərçə Əliyev, Kijəbə qəsəbə inzibati ərazi dairəsinin nümayəndəsi Şahin Əmənullayev Ulu Öndərin zəngin və mənalı ömür yolundan danışaraq, yarış iştirakçılarına yeni-yeni qələbə sevincləri arzulayıblar.

Yarışda “Deqədi”, “Xəzər”, “Ojəkəran”, “Tüləgüvan”, “Veteran”, “Pəlikəş”, “S.T.K”, “Burzubənd” komandaları qələbə uğrunda mübarizə aparıblar.

Açıq birinciliyin yekun nəticələrinə əsasən, “Ojəkəran”, “Xəzər” və “Deqədi” komandaları müvafiq olaraq birinci, ikinci və üçüncü yerləri tutublar.

İdmançılardan Anar Mirzəzadə “Ən məhsuldar oyunçu”, Nurlan Qənbərov “Ən yaxşı hücumçu”, Şamo Şəkərov “Ən yaxşı yarımmüdafiəçi”, Namiq Baxşıyev “Ən yaxşı müdafiəçi” və Zamiq Abbasov “Ən yaxşı qapıçı” mükafatına layiq görülüblər.

Qaliblər diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

Xəbər 1594 dəfə oxundu.