Binəqədi rayonunda idman yarışlarının qalibləri mükafatlandırılıb
Mayın 16-da Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının icrası istiqamətində “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsində idarənin tədbirlər planına uyğun olaraq 2018-ci ilin aprel-may aylarında keçirilmiş idman yarışlarının qalibləri mükafatlandırılıb.

Tədbirdə Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi Salman Əbdülov, idarənin əməkdaşları, idman müəllimləri və məktəblilər iştirak ediblər.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə rayon orta ümumtəhsil məktəblərinin 7-8-ci sinif şagirdləri arasında keçirilmiş “Futbol” turniri, “Şahmat” və “Dama” birincilikləri və “Marş irəli” devizli Vətənin müdafiəsinə hazıram! poliatlon çoxnövçülüyünün qaliblərinə, o cümlədən Bakı şəhər məktəbliləri arasında atletika dördnövçülüyü üzrə turnirdə müvafiq olaraq II və III yerləri tutmuş 244 nömrəli tam orta məktəbin qızlar və oğlanlardan ibarət komandalarına diplom və medallar təqdim edilib.

Xəbər 908 dəfə oxundu.