Cüdoçularımız Avropa kuboku yarışlarında güclərini sınayacaqlar
Mayın 12-13-də Rusiyanın Orenburq şəhərində cüdo üzrə Avropa kuboku yarışları keçiriləcək.

Yarışda ölkəmizi 10 cüdoçu təmsil edəcək.

Millimizin heyətində Mehman Sadıqov, Kəramət Hüseynov, Oruc Vəlizadə, Tofiq Məmmədov (hamısı 60 kq), İlkin Babazadə (66 kq), Telman Vəliyev (73 kq), Fəqan Quluzadə, Naim Hüseynov (hər ikisi 81 kq), Abdulhəqq Rəsullu (90 kq) və Cəlil Şükürov (100 kq-dan yuxarı) birincilik uğrunda mübarizə aparacaqlar.

Turnirdə 16 ölkədən 300-dən artıq cüdoçu tatami üzərinə çıxacaq.

Xəbər 1039 dəfə oxundu.