Silviya Angelova: Gələcəkdə də özümü doğrultmaq istəyirəm - MÜSAHİBƏ
Azərbaycan yığmasının üzvü Silviya Angelova (48 kq) Ağır Atletika Federasiyasının rəsmi saytına müsahibə verib. İdman.com.az saytının məlumatına görə, həmkarımızla söhbətdə, idmançımız Avropa çempionatında çıxışından danışıb.

- Avropa çempionatında uğurla çıxış edərək, bürünc medal qazandınız. Səhv etmiriksə, bu, qitəmiqyaslı yarışda ilk uğurunuzdur?
- Bəli, ilk dəfədir belə güclü turnirdə medal qazanıram. Həqiqətən çox sevinirəm. Uzunmüddətli, çətin məşqlərdən sonra bu uğuru qazanmaq xoşdur.

- Bu uğurun davamını gətirmək üçün özündə güc hiss edirsizmi?
- Təbii ki. Məşqlərimi daha həvəslə davam etdirəcəm. Qələbə qazanmaq xoşdur. Bu hissi yenidən yaşamaq istəyirəm.

- Medal qazanmağında kimlərin əməyini önə çəkmək istərdiz?
- Azərbaycan Ağır Atletika Federasiyasında idmançılara olan münasibət və qayğı yüksək səviyyədədir. Məni bu uğura daşıdığına görə hamıya minnətdaram.

- Azərbaycan xalqına demək istədiyiniz söz varmı?
- Azərbaycanı sevirəm! Bu ölkənin hər bir vətəndaşına təşəkkür edirəm. Onların etimadını gələcəkdə də doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəm.

Xəbər 2617 dəfə oxundu.