1301 xalla 17-ci
Futzal üzrə milli komandaların reytinqi açıqlanıb. İdman.com.az saytının məlumatına görə, hesabında 2003 xal olan İspaniya yığması planetin ən yaxşısı adını qoruyub. 1967 xala malik Braziliya 2-ci, 1761 xalı olan İtaliya isə 3-cü pillədə qərarlaşıb.

Azərbaycan millisi 1301 xalla 17-ci yerdə qərarlaşıb. 2012-ci ili 15-ci pillədə başlayan yığmamız ilin arxada qalan hissəsi ərzində 2 pillə geriləyib. Avropa reytinqində isə komandamız 10-cu yerdə qərarlaşıb.

Xəbər 896 dəfə oxundu.