Masallıda futbol üzrə rayon turnirinə start verilib
Masallı rayonunun Gəyəçöl kəndində əsaslı təmirdən sonra istifadəyə verilmiş futbol meydançasında Qarabağ müharibəsində şəhid olmuş Əlizadə Eynullayevin xatirəsinə həsr olunmuş futbol üzrə rayon turnirinə start verilib.

Masallı Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən turnirin açılış mərasimində çıxış edən Gəyəçöl kənd ərazi nümayəndəsinin müavini Oktay Həsənov, rayon gənclər və idman idarəsinin rəisi Camal Manafov, ağsaqqal Oğlanxan Niftiyev, şəhidin qardaşı Şirvan Eynullayev, Gəyəçöl kənd tam orta məktəbinin direktoru Vasif İsrafilov, tarix müəllimi Nizami Həsənov və başqaları şəhid Əlizadə Eynullayevin şücaətindən danışaraq, yarış iştirakçılarına qələbə sevinci arzulayıblar.

Sonra xatirə turnirinə start verilib. Yeddi gün davam edəcək yarışda səkkiz komanda qələbə uğrunda mübarizə aparır.

Qaliblərə diplomlar və qiymətli hədiyyələr veriləcək.

Xəbər 681 dəfə oxundu.