Yeniyetmə badmintonçularımız beynəlxalq turnirdə üçüncü olublar
Yeniyetmə badmintonçularımız Ukraynanın Xarkov şəhərində keçirilən beynəlxalq turnirdə iştirak ediblər.

Badmintonçularımızdan Məhəmmədəli Bayramlı - Sərxan Bağırov dueti 2007-2008 təvəllüdlü idmançılar arasında qoşa yarışlarda üçüncü yeri tutublar. Tuncay İsmayılov - İlfat Akçurin cütlüyü isə 2005-2006 təvəllüdlü badmintonçular arasında beşinci olublar. İlfat Akçurin oğlanların şəxsi yarışında da eyni sırada qərarlaşıb.

Qarışıq cütlüklərin yarışında isə Tuncay İsmayılov - Nərmin Şərifova dueti beşinci pillədə yer alıblar.

Xəbər 1490 dəfə oxundu.