Azərbaycan şahmatçısı Nepalda keçirilən turnirdə ikinci yer tutub
Azərbaycan şahmatçısı Azər Mirzəyev Katmanduda (Nepal) keçirilən beynəlxalq turnirdə ikinci yer tutub.

Sonuncu - 9-cu turda şahmatçımız hindistanlı Harşa Baratakoti ilə heç-heçə oynayıb. Həmyerlimiz və daha 6 iştirakçı 7 xal toplayaraq, yarışları başa vurublar. Lakin ən yaxşı əlavə əmsal A.Mirzəyevdə olduğundan, o, ikinci yerə layiq görülüb.

Qələbə sevincini isə rəqiblərini 0,5 xal üstələyən Harşa Baratakoti yaşayıb.

Xəbər 1033 dəfə oxundu.