Azərbaycan Kunq Fu Federasiyasına prezident seçildi
Azərbaycan Kunq Fu Federasiyasının seçki-hesabat konfransı keçirilib. Səsvermədə üstünlük qazanaraq prezident seçilən Nurlan Aslanovu gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov konfrans iştirakçılarına təqdim edib.

Qeyd edək ki, Nurlan Aslanov 2000-2001-ci ildən kunq fu idman növü ilə məşğuldur. Avropa çempionatının gümüş mükafatçısı və dünya çempionudur. Ölkə prezidenti tərəfindən fəxri fərmanla təltif olunub. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin əməkdaşı, polis kapitanıdır.

Xəbər 837 dəfə oxundu.