“Mançester Yunayted” Poqbanın transfer qiymətini açıqlayıb
İngiltərənin “Mançester Yunayted” klubunun yay transfer çərçivəsində yarımmüdafiəçisi Poya Poqba ilə yollarını ayırmağa hazırdır.

Klub rəhbərliyi artıq oyunçunun 103 milyon avro müqabilində transfer edə biləcəyini açıqlayıb.

Transferin səbəbi isə fransalı yarımmüdafiəçinin “Mançester Yunayted”in baş məşqçisi Joze Maurinyo ilə münasibətlərinin pisləşməsidir.

Qeyd edək ki, P.Poqba 2017-ci ilin yayında “Yuventus”dan transfer edilib.

Xəbər 565 dəfə oxundu.