Kikboksçumuz Pərviz Abdullayev dünya kəməri uğrunda döyüşə çıxacaq
“Qəbələ” idman klubunun idmançısı, Əməkdar idman ustası, peşəkar kikboksinq üzrə 5 qat dünya çempionu “Kobra” ləqəbi ilə tanınan Pərviz Abdullayev növbəti döyüşünə çıxacaq.

P.Abdullayev aprelin 20-də Moskvada keçiriləcək mötəbər “ACB KB 15” turnirində 77 kiloqram çəki dərəcəsində dünya kəməri uğrunda mübarizə aparacaq.

Döyüşçümüzün rəqibi çeçen əsilli Rusiya idmançısı İslam Baybatırov olacaq.

Xəbər 1762 dəfə oxundu.