Azərbaycan qrossmeysteri Türkiyədə “Medal Day Open” turnirində qalib gəlib
Azərbaycan qrossmeysteri Vüqar Rəsulov 9 mümkün xaldan 6,5 xal toplayaraq, Türkiyənin Qəhrəmanmaraş şəhərində keçirilən “Medal Day Open” beynəlxalq turnirinin “A” kateqoriyasında qalib gəlib.

Azərbaycanın digər şahmatçısı Misrəddin İsgəndərov, türkmən Melis Annaberdiyev və gürcü Gigi Kuparadze də eyni xala sahibdirlər. Əlavə göstəricilərə görə beynəlxalq usta M.İsgəndərov gümüş medala layiq görülüb. İlk onluqda, həmçinin digər şahmatçımız - FIDE ustası Pərviz Qasımov 5,5 xalla 8-ci yerdədir.

Azərbaycan bu turnirdə 10 şahmatçı ilə təmsil olunur.

İsveçrə sistemi ilə 9 turda keçirilən “Medal Day Open” turnirində 33 şahmatçı, o cümlədən 6 qrossmeyster iştirak edir.

Xəbər 561 dəfə oxundu.