Bu gün UEFA Çempionlar Liqasının dörddəbir final mərhələsinin cavab oyunları keçiriləcək
Aprelin 10-da UEFA Çempionlar Liqasının dörddəbir final mərhələsinin cavab oyunları keçiriləcək.

İspaniyanın “Barselona” komandası doğma meydanda İtaliyanin “Roma” klubunu qəbul edəcək. Bu komandalar arasında Romada oynanılan ilk görüş 4:1 hesabı ilə qonaqların xeyrinə başa çatmışdı.

Digər oyunda isə ingilis klubu “Liverpul” səfərdə “Mançester Siti”nin qonağı olacaq.

Hər iki görüş Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Xəbər 660 dəfə oxundu.