Birinci Türk Universiadasında stolüstü tennis yarışları başa çatıb
Aprelin 9-da birinci Türk Şurası Universitet İdman Oyunlarında (Türk Universiadası) stolüstü tennis üzrə yarışlara yekun vurulub.

Turnirin sonuncu günündə qadınlar və kişilər arasında şəxsi yarışlar keçirilib.

Ölkəmizi qadınların yarışında təmsil edən Ning Jing, kişilərin mübarizəsində isə Yang Xinyu birinci yerə çıxıblar.

Xatırladaq ki, komanda yarışlarında Azərbaycanın qadınlardan ibarət yığması turnirin qalibi olub. İkinci yeri Türkiyə millisi, üçüncü pilləni isə Qırğızıstan komandası tutub. Kişilərin komanda yarışlarında isə Türkiyə yığması çempion olub. Azərbaycan yığması ikinci, Qırğızıstan komandası isə üçüncü pillədə qərarlaşıblar.

Xəbər 1032 dəfə oxundu.