Uşu üzrə XXVI Azərbaycan çempionatına yekun vurulub
Şağan Olimpiya İdman Kompleksində keçirilən uşu idman növü üzrə XXVI Azərbaycan çempionatına yekun vurulub.

Gənclər və İdman Nazirliyi və Azərbaycan Uşu Federasiyasının təşkilatçılığı ilə keçirilən yarışda kişi idmançılar arasında sanda və çinda növləri üzrə müxtəlif yaş kateqoriyasında və çəki dərəcələrində qaliblər müəyyənləşib.

Ümumi komanda hesabında yeniyetmələr arasında “Artika-Abşeron”, gənclərin mübarizəsində “Omar”, böyüklər yarışlarında “Savalan” birinci yerə sahib olublar.

Qeyd edək ki, yarışın keçirilməsində məqsəd idmançıların ustalıq dərəcəsinin artırılması, 2018-ci il Avropa çempionatında iştirak edəcək heyətin müəyyənləşdirilməsidir.

Xəbər 850 dəfə oxundu.