Novruz Əzimov: "Qarşıdakı oyuna yaxşı formada çıxmalıyıq"
“Xəzər Lənkəran”la matçın hazırlıqları davam edir. Yaddan çıxarmayaq ki, bu oyundan 4 gün sonra bizi "Qarabağ"la kubok görüşü gözləyir”. İdman.com.az saytının məlumatına görə, bu sözü “Bakı”nın məşqçisi Novruz Əzimov deyib.

O, Unibank Premyer Liqasının “Xəzər Lənkəran” və kubokun “Qarabağ”la oyunu ərəfəsində əhval-ruhiyyədən narazı olduğunu açıqlayıb:

“Hazırlıqlar qaydasında gedir. Düzdür, "Neftçi"yə məğlubiyyətdən sonra əhval-ruhiyyə istənilən səviyyədə deyil. Amma bu uğursuzluğu unudub, yaxşı formada qarşıdakı oyuna çıxmalıyıq".

Xəbər 1136 dəfə oxundu.