Qadınlardan ibarət stolüstü tennis üzrə Azərbaycan komandası Türk Şurası İdman Oyunlarının qalibi olub
Aprelin 8-də Türk Şurası Universitet İdman Oyunlarında stolüstü tennis üzrə komanda yarışları başa çatıb.

Azərbaycanın qadınlardan ibarət yığması turnirin qalibi olub. İkinci yeri Türkiyə millisi, üçüncü pilləni isə Qırğızıstan komandası tutub.

Kişilərin komanda yarışlarında isə Türkiyə yığması çempion olub. Azərbaycan yığması ikinci, Qırğızıstan komandası isə üçüncü pillədə qərarlaşıblar.

Şəxsi oyunlara isə sabah yekun vurulacaq.

Xəbər 1370 dəfə oxundu.