Azərbaycanın sərbəst güləş üzrə yığma komandası Kuba və Qazaxıstan millilərinə böyük hesabla qalib gəlib
ABŞ-ın Ayova şəhərində sərbəst güləş üzrə dünya kuboku yarışlarına start verilib.

Yığma komandamız Kuba, Qazaxıstan və Monqolustan idmançıları ilə “B” yarımqrupunda mübarizə aparır. ABŞ, Hindistan, Gürcüstan və Yaponiya komandaları isə “A” yarımqrupunda yarışırlar.

İlk yarış günündə yığmamız Kuba və Qazaxıstan komandaları ilə qarşılaşıb. Millimiz Kuba yığmasına 8:2, Qazaxıstana isə 9:1 hesabı ilə qalib gəlib.

Güləşçilərimiz növbəti görüşlərini aprelin 8-də Monqolustn komandasına qarşı keçirəcəklər.

Xəbər 1068 dəfə oxundu.