Tennis üzrə Azərbaycan yığması birinci Türk Universiadasının finalına vəsiqə qazanıb
Aprelin 7-də “Şüa” İdman Sağlamlıq Mərkəzində birinci Türk Şurası Universitet İdman Oyunları (Türk Universiadası) çərçivəsində tennis yarışlarına start verilib.

Qadınların komanda yarışlarında Azərbaycan millisi Qırğızıstan komandasına 3:0 hesabı ilə qalib gəlib.

Türkiyə yığması da Qırğızıstanı 3:0 hesabı ilə məğlub edib.

Kişilərin komanda oyunlarında isə Azərbaycan yığması Qırğızıstandan 3:0 hesabı ilə üstün olub. Türkiyə millisi də eyni hesabla Qırğızıstan üzərində qələbə qazanıb.

Aprelin 8-də Azərbaycanın qadın və kişi komandaları Türkiyənin müvafiq yığmaları ilə finalda qarşılaşacaqlar.

Xəbər 638 dəfə oxundu.