Azərbaycan Alpaqut Federasiyasının qurultayı keçirilib
Aprelin 6-da Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Alpaqut Federasiyasının (AAF) qurultayı keçirilib.

Əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Alpaqut Turan döyüş sənətinin müəllifi kutsan Vasif Namazov çıxış edərək 2014-cü ildə yaradılmış federasiyanın fəaliyyətindən danışıb. O bildirib ki, ötən illər ərzində alpaqut idman növü üzrə bir sıra ölkədaxili və beynəlxalq tədbirlər keçirilib.

Qurultayda AAF-ın İdarə Heyətinin yeni tərkibi formalaşıb və federasiyanın prezidenti seçkisi olub. İndiyədək AAF-ın birinci vitse-prezidenti vəzifəsində çalışan Qüdrət Nuriyev Federasiyanın prezidenti seçilib.

Xəbər 672 dəfə oxundu.