Məhəmməd Salah Çempionlar Liqasında həftənin oyunçusu seçilib
Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusunun adı açıqlanıb.

Azarkeşlər arasında keçirilən səsverməyə əsasən, “Liverpul”un hücumçusu Məhəmməd Salah ən yaxşı oyunçu seçilib.

Misirli futbolçu Kriştianu Ronaldu (“Real”), Jerar Pike (“Barselona”) və Xames Rodrigezi (“Bavariya”) qabaqlayıb.

“Liverpul” klubunun “Mançester Siti”yə 3:0 hesabı ilə qalib gəldiyi görüşdə Salah 1 qol vurub və 1 məhsuldar ötürmə verib.

UEFA Çempionlar Liqasında həftənin komandasını da açıqlayıb. Heyətdə Karius (“Liverpul”), Marselo, Karvaxal (hər ikisi “Real”) , Jerar Pike (“Barselona”), Riberi, Tiaqo (hər ikisi “Bavariya”), Cemberland (“Liverpul”), Sarabiya (“Sevilya”), Luis Suarez (“Barselona”), Ronaldu (“Real”) və Salah (“Liverpul”) yer alıblar.

Xəbər 742 dəfə oxundu.