AMADA 10 aprel - Ədalətli İdman Gününə həsr olunmuş müsabiqə elan edib
Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) 10 aprel - Ədalətli İdman Gününə həsr olunmuş müsabiqə elan edib.

Müsabiqə iki kateqoriya üzrə keçiriləcək. Jurnalistlər müsabiqəyə esse və şəkil (komiks, rəsm əsəri, qrafik dizayn, karikatura, illüstrasiya) ilə qatıla bilərlər. Nümunələr aprelin 8-dək müsabiqəyə təqdim olunmalıdır.

Aprelin 10-da hər kateqoriya üzrə üç qalib elan ediləcək. Qaliblərə pul mükafatı və qiymətli hədiyyələr təqdim olunacaq.

Xəbər 604 dəfə oxundu.