Beynəlxalq seminarda danışılmış oyunlarla bağlı müzakirələr aparılıb
İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında PRO kateqoriyası kurslarında təhsil alan məşqçilər üçün “UEFA Pro licence Student exchange” adlı seminar davam edir.

Aprelin 6-dək davam edəcək seminarda Azərbaycan, Finlandiya, Serbiya və Ukraynadan olan məşqçilər iştirak edirlər.

Oyunların şəffaflığına nəzarət üzrə UEFA-nın məsul nümayəndəsi Nikolas Raudenski futbol qarşılaşmalarında nəticələrin manipulyasiyası cəhdləri və bununla mübarizə ilə bağlı seminarda mühazirə oxuyub, məşqçilərə müvafiq məlumatlar verib.

Xəbər 676 dəfə oxundu.