UEFA Avropa Liqasının dörddəbir final mərhələsinin ilk oyunları keçirilib | |
Bu gün UEFA Avropa Liqasının dörddəbir final mərhələsinin ilk oyunları keçirilib. Bütün oyunlarda meydan sahibləri sevinən tərəf olublar. İngiltərənin “Arsenal” klubu doğma meydanda Rusiyanın MOİK komandasını böyük hesabla (4:1) məğlub edib. Madridin “Atletiko” klubu öz meydanında Portuqaliyanın “Sportinq” komandasını qəbul edib və 2:0 hesablı qələbə qazanıb. Günün digər matçlarında “Leypsiq” (Almaniya) “Marsel”i (Fransa) 1:0, “Latsio” (İtaliya) isə “Zalsburq”u (Avstriya) 4:2 hesabları ilə məğlubiyyətə uğradıblar. |
|
Xəbər 760 dəfə oxundu. |
|
|