Çempionlar Liqasında 1/4 final mərhələsinin növbəti oyunları keçirilib
Futbol üzrə UEFA Çempionlar Liqasında dörddəbir final mərhələsinin ilk görüşləri çərçivəsində daha iki oyun keçirilib.

İtaliya təmsilçisi “Roma” səfərdə İspaniyanın “Barselona” klubunu qonağı olub və böyük hesabla məğlub olub - 4:1.

"Barselona"nın heyətində Luis Suares və Jerar Like seçiliblər, onların hər biri bir qol vurub, qalan iki topu "Roma" oyunçusu öz qapısından keçirib.

Günün digər oyununda isə İngiltərə təmsilçiləri "Liverpul” və "Mançester Siti” "Enfild Roud”da üz-üzə gəlib. "Liverpul” doğma azarkeşlər önündə 3:0 hesablı qələbəyə sevinib. Oyunda M.Salah, Cemberland, Mane fərqləniblər.

Xəbər 696 dəfə oxundu.