Bu gün Türkiyədə “İlin idman mükafatları-2017”nin qalibləri müəyyənləşəcək
Aprelin 4-də Türkiyənin məşhur media orqanlarından olan “Milliyet” qəzeti tərəfindən təsis edilən “İlin idman mükafatları-2017”nin qalibləri müəyyənləşəcək.

Tədbirdə “İlin komandası” mükafatına namizədlərdən olan Ağdamın “Qarabağ” futbol klubunun vitse-prezidenti Tahir Gözəl, klubun direktoru Əmrah Çəlikəl və baş məşqçi Qurban Qurbanov iştirak edəcəklər.

“İlin komandası” nominasiyasına digər namizədlər əlil futbolçulardan ibarət Türkiyə yığması, “Fənərbağça” kişi basketbol, “Vakıfbank” qadın voleybol, “Beşiktaş” futbol klubları və Türkiyənin əlil arabasında basketbol millisidir.

Mərasim Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.

Xəbər 615 dəfə oxundu.