Bu gün İtaliya A Seriyasının 27-ci turuna start verilib
Aprelin 3-də İtaliya A seriyasının təxirə salınmış 27-ci turuna start verilib. İki gün davam edəcək turun açılış günündə üç qarşılaşma keçiriləcək.

“Atlanta” doğma meydanda “Sampdoriya”ya məğlub olub - 1:2.

Digər oyunlarda "Fiorentina” səfərdə "Udineze"nin qapısına iki cavabsız qol vurub - 0:2.

"Genoya" isə öz meydanında "Kalyari"nı minimal hesabla məğlub edib - 2:1.

Turun mərkəzi oyunu isə aprelin 4-də "San Siro" stadionunda keçiriləcək. Bakı vaxtı ilə saat 20:30-da "İnter" "Milan"la qarşılaşacaq.

"Bonevento"-"Verona" , "Kievo"-"Sasuolo" , "Torino"-"Krotone" oyunlarından sonra tura yekun vurulacaq.

Qeyd edək ki, "Fiorentina"nın kapitanı David Astorinin vəfatı ilə əlaqədər olaraq İtaliya A Seriyasının 27-ci turu təxirə salınmışdı.

Xəbər 667 dəfə oxundu.