Dünya çempionatı maskotunun adı sabah elan ediləcək
FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan-2012-nin rəsmi maskotunun adı dəqiqləşib. İdman.com.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, bu, aprelin 13-də, saat 11:30-da, Bakı Expo Mərkəzində keçirilən 11-ci Azərbaycan Beynəlxalq Səyahət və Turizm Sərgisində elan ediləcək.

FİFA U-17 qadınlarası dünya çempionatı Azərbaycan 2012-nin Yerli Təşkilat Komitəsi tərəfindən turnirin rəsmi maskotu üçün ən yaxşı ad açıq müsabiqəsinin qalibi təqdim olunacaq.

Xəbər 1058 dəfə oxundu.