Kriştianu Ronaldo İspaniya rekordunu təkrarladı
İspaniyanın “Real” klubunun hücumçusu Kriştianu Ronaldo Primyeranın rekordunu təkrarlayıb. İspaniya çempionatının “Atletiko” ilə oyununda het-trik edən portuqaliyalı futbolçu cari mövsümdə Primyerada vurduğu qolların sayını 40-a çatdırıb. Bu isə İspaniya çempionatları tarixinin rekordunun təkrarıdır. Bir çempionatda 40 qol vuran ilk futbolçu da elə Ronaldonun özü olub. O, ötən çempionatı da 40 qolla tamamlamışdı. Çempionatın sonuna 6 tur qaldığını nəzərə alsaq Ronaldo bu rekordunu da yeniləyəcək.

Qeyd edək ki, “Real” “Atletiko”nu 4:1 hesabı ilə məğlub edib.

Xəbər 1275 dəfə oxundu.