“Neftçi İdman Klubu”nun kikboksçuları ölkə birinciliyində 12 medal qazanıblar
İsmayıllı Olimpiya İdman Kompleksində gənclər və yeniyetmələr arasında kikboksinq üzrə Azərbaycan birinciliyi keçirilib.

25 komandanı təmsil edən idmançıların qatıldığı yarışda “Neftçi İdman Klubu”nun yeniyetmə kikboksçuları da qüvvələrini sınayıblar. Əzmlə vuruşan klubun idmançıları 5-i qızıl, 4-ü gümüş və 3-ü bürünc olmaqla, ölkə birinciliyinin 12 medalını əldə ediblər. Onlardan Əli Atayev (45 kq), Emin Əliyev (48 kq), Vüsal Kazımov (54 kq), Elşad Şahbazov (67 kq) və Elcan Alkişiyev (75 kq) bütün döyüşləri qələbə ilə başa vuraraq Azərbaycan çempionluğunu bayram ediblər.

Qeyd edək ki, klubun yeniyetmə kikboksçuları komanda hesabında birinci yeri tutublar.

Xəbər 1967 dəfə oxundu.