“Şən delfin” açıq Bakı yaz birinciliyinə yekun vurulub
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən Abşeron Olimpiya İdman Kompleksində üzgüçülük üzrə “Şən delfin” açıq Bakı yaz birinciliyi keçirilib.

Birincilikdə 8 klubu təmsil edən 99 idmançı iştirak edib.

Yarışda Valeriya Vaskovskaya, Nüsrət Allahverdi (100 metr məsafəyə qarışıq üsulla üzgüçülük), V.Vaskovskaya, Səid Həmidov (50 metr məsafəyə batterflay), Vlastilima Xasyanova, S.Həmidov (50 metr məsafəyə arxasıüstə), Anastasiya Baborinina, N.Allahverdi (50 metr məsafəyə brass), Elza İsmayılova, Oqtay Hüseynov (100 metr məsafəyə sərbəst), Selcan Oruclu, Abdurahman Rüstəmov (100 metr məsafəyə batterflay), Sevinc İsmayılova, A.Rüstəmov (100 metrə arxasıüstə), S.Oruclu, Osman Allahverdi (200 metrə qarışıq), Nikol Matyuşenko, O.Allahverdi (100 metr məsafəyə brass), S.Oruclu və O.Allahverdi (100 metrə sərbəst) qızıl medal qazanıblar.

Əlli metr məsafəyə qarışıq və sərbəst üsulla estafet yarışlarında “Sərhədçi” İdman Olimpiya Mərkəzinin idmançıları birinci olublar.

İlk üç yeri tutmuş idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplom və medallarla mükafatlandırılıblar.

Xəbər 986 dəfə oxundu.