Futzal üzrə Azərbaycan millisinin Türk Universiadası üçün heyəti açıqlanıb
Aprelin 4-dən 11-dək Bakıda Birinci Türk Universitetləri İdman Oyunları (Türk Universiadası) keçiriləcək. Türk Universiadasının proqramına daxil edilən idman oyunları arasında futzal da var. Millimiz də Universiadada iştirak edəcək.

Millimizin Türk Universiadası üçün heyəti açıqlanıb.

Heyətdə Rövşən Hüseynli, Ramiz Çovdarov, Oktay Rüstəmli (hər üçü “Araz”), Nihad İsmayılov (“FK.İD.Futsal”), Fərid Atakişiyev (EKOL), Kamran Hacıyev, İbrahim Zeynalov (hər ikisi “Marafon Futsal”), Tofik Əliyev, Rüstəm Bağırzadə (hər ikisi “Marafon Futsal”), Vladislav Vorobyov (“Yasamal”), Elçin Zeynalov, Əli Həsənov, Yamin Ağakərimzadə (hər üçü “Xəmsə”), Eşqin Tağıyev, Raqif Eyvazov (hər ikisi “İtaldizain”), Mirmehdi Rzayev (ADBTİA), Vüsal İsayev və Qüdrət İsmayılov (hər ikisi “Baku Fire”) yer alıblar.

Qaydalara əsasən, yarışda turnirin startınadək 28 yaşı tamam olmamış idmançılar iştirak edə bilər. Millimiz qalib adı uğrunda Türkiyə, Qazaxıstan və Qırğızıstan yığmaları ilə mübarizə aparacaq.

Oyunlar aprelin 5-də, 6-da və 8-də Azərbaycan Texniki Universitetin idman zalında keçiriləcək.

Futzal üzrə milli komandamız bu gündən etibarən yarışın hazırlığına başlayıb. Joze Alesio da Silvanın rəhbərliyi ilə komanda məşqlərini Bakı İdman Sarayında həyata keçirir.

Xəbər 1202 dəfə oxundu.