Coşqun Əzimov bürünc medal qazanıb
Moskvada keçirilən hərbçilər arasında güləş üzrə 33-cü dünya çempionatında milli komandamızın aktivinə üçüncü bürünc medalı Coşqun Əzimov yazdırıb.

Mərkəzi Ordu İdman Klubunun (MOİK) üzvü bürünc medal uğrunda görüşdə Macarıstan təmsilçisi Lukas Botondu 10:0 hesabı ilə məğlub edərək təmiz qələbə qazanıb.

Bununla da MOİK komandası hərbçilər arasında güləş üzrə 33-cü dünya çempionatının ilk yarış günündə üç bürünc medal əldə edib.

Xəbər 1218 dəfə oxundu.