Azərbaycanlı hakim “Novara”–“Qalatasaray” oyununu idarə edəcək
Azərbaycanlı hakim Eldar Əliyev Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən yeni təyinat alıb.

E.Əliyev qadın voleybol komandaları arasında Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək “Novara” (İtaliya)–“Qalatasaray” (Türkiyə) oyununu idarə edəcək.

Görüşün baş hakimi isə rusiyalı Yevgeni Maşkanov olacaq.

“Novara”–“Qalatasaray” oyunu aprelin 5-də İtaliyada keçiriləcək.

Xəbər 1107 dəfə oxundu.