Aleksis Sançes Çili millisində 120-ci oyununu keçirib
Futbol üzrə İsveç millisi ilə yoldaşlıq oyunu Çili millisinin hücumçusu Aleksis Sançes üçün əlamətdar olub.

Təcrübəli futbolçu bununla yığmada keçirdiyi matçların sayını 120-yə çatdırıb və yeni rekorda imza atıb. Sançesədək ən yaxşı göstərici “Mançester Siti”nin qapıçısı Klaudio Bravoya məxsus idi – 119 oyun.

Qeyd edək ki, İsveçlə yoldaşlıq oyununda Çili millisi 2:1 hesablı qələbə qazanıb.

Xəbər 596 dəfə oxundu.