Kişi stolüstü tennisçilərimiz Avropa komanda çempionatının seçmə mərhələsində iştirak edəcəklər
San-Marinoda stolüstü tennis üzrə Avropa komanda çempionatının seçmə mərhələsi keçiriləcək.

Kişilərdən ibarət komandamız məşqçi Fərhad İsmayılovun rəhbərliyi altında üç nəfərlik heyətlə yarışa qatılacaq.

Ölkəmizi yarışda Əliverdi Şahgəldiyev, Yusif Qafarlı və Xinyu Yang təmsil edəcəklər.

Xəbər 1185 dəfə oxundu.